2016-cı ilin yanvar-avqust aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 1 mlrd. 48,348 mln. min manat vergi ödəyib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 15,8% çoxdur. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Cari ilin avqust ayında SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri 133 mln. 782 min manat təşkil edib.
Yanvar-avqust ayları ərzində SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta üzrə ödənişləri 99 mln. 826 min manat (artım 5,8%), avqustda 12 mln. 575 min manat təşkil edib.
Xəbər verildiyi kimi, 2016-cı ildə SOCAR dövlət büdcəsinə 1 mlrd. 395,421 mln. manat vergi ödəyib.
SOCAR-ın 2017-ci il üçün dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1 mlrd. 280 mln. manat səviyyəsində müəyyən edilib.**
A.Əzizov