İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 10 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər həlak olub, 20 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 194 cinayət faktı qeydə alınıb, onların 30-u “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 68 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.**
R.Babayev