Kənd təsərrüfatı naziri Heydər Əsədov və Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov arıçılıq sahəsi üzrə subsidiyaların verilməsi məsələlərini müzakirə ediblər.
“H.Əsədov və B.Həsrətov arıçılıq sahəsi üzrə subsidiya mexanizmlərinin işlənməsi, arıçılıq məhsulları da daxil olmaqla kənd təsərrüfatı məhsullarının satışı üçün daimi fəaliyyət göstərən sərgi kompleksinin yaradılmasının vacibliyi vurğulayıblar”, - nazirliyin məlumatında deyilir.
Görüşdə həmçinin arıçılıqda xüsusi qeydiyyat sisteminin qurulması, xəstəliklərlə mübarizə işlərinin gücləndirilməsi, arıçıların kredit resuslarına çıxışının asanlaşdırılması və məqsədli dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsinə ehtiyac olduğu müzakirə edilib.
“Nazir Assosiasiya tərəfindən təqdim olunmuş təkliflərin həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib”, - məlumatda vurğulanır. **
F.İsazadə