Azərbaycan prezidenti İlham Əliyevin əfv etdiyi bloger Aleksansdr Lapşinin vəkili Eduard Çernin bazar ertəsi günün ikinci yarısında müdafiə etdiyi şəxsə baş çəkəcək.
“Hələlik sizə məlum olduğundan artıq heç nə deyə bilmirəm. Yəgin ki, nahardan sonar onunla görüşərik”, - E.Çernin “İntrerfaks-Azərbaycan” agentliyinə bildirib.
Xəbər verildiyi kimi, bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev Aleksandr Lapşinin əfv olunması haqqında sərəncam imzalayıb.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəyan edib ki, bloger Aleksandr Lapşin intihara cəhd edib.
“Lapşin cəzaçəkmə müəssisəsində özünəqəsd cəhdinə əl atıb. Həbsxana nəzarətçilərinin ayıqlığı və çevikliyi nəticəsində bu qəsdin qarşısı alınıb. Təcili olaraq ona lazımi tibbi yardım göstərilib və hazırda Lapşin həkim nəzarəti altında müalicəsini davam etdirir”, - A.Həsənov bildirib. **
R.Babayev