2017-ci il avqustun 1-nə Azərbaycanda banklar tərəfindən 2,505 min ədəd bankomat quraşdırılıb ki, bu da ilin əvvəlinə olan göstəricidən 2,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Avqustun 1-nə Bakıda 1,355 min ədəd (artım 2,5%), regionlarda 1,15 min ədəd bankomat (artım 1,6%) quraşdırılıb.
AMB-nin məlumatına görə, yanvar-iyul aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında azalma müşahidə olunub. Xüsusilə iyul ayının əvvəlinə onların sayı 69,438 min ədəd (azalma 3,3%) təşkil edib.
Bununla yanaşı, Bakıda 39,585 min ədəd (azalma 2,3%), regionlarda 29,853 min ədəd (azalma 4,6%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 68,421 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,5%-i quraşdırılıb. **
A.Əzizov