“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev vergi ödəmədən yayınmaya dair ittihamı əsassız olduğunu bəyan edir.
“Ümid edirəm ki, bu cinayət işi məntiqi həllini tapacaq. Qeyd etmək istərdim ki, “Turan” Agentliyinə qarşı irəli sürülən ittihamlar öz təsdiqini tapmayacaq. Hesab edirəm ki, real vəziyyət aydınlaşacaq və məsələ bununla da bitəcək”, - M.Əliyev bazar ertəsi jurnalistlərə bildirib.
“Biz bu tədqiqatda fəal iştirak edirik və istintaqdan yayınmırıq. Bütün zəruri sənədlər təqdim olunub (istintaq orqanlarına - İF). Proses davam edir”, - o əlavə edib.
O cümlədən, M.Əliyev Azərbaycan prezidenti İlham Əliyevə müraciətinə toxunub.
“Ölkə prezidentinə müraciətimdə “Turan” Agentliyinin yaradılması, 30 illik jurnalistika fəaliyyətim və Azərbaycanda müstəqil jurnalistikanın yaradılmasında iştirakım və barəmdə qaldırılan cinayət işinə toxunmuşam. İlk gündən istintaqdan yayınmadığımı və istintaq orqanları ilə fəal əlaqədə olduğumu qeyd etmişəm. Bütün bunları nəzərə alaraq, barəmdə qəbul edilən həbs qətimkan tədbirinin dəyişilməsini xahiş etdim”, - M.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinə də analoji məktub ünvanlayıb.
Agentliyin direktoru həmçinin göstərdiyi dəstəyə görə Azərbaycan ictimaiyyətinə minnətdarlığını bildirib.
“İlk növbədə, azad olunmağıma yardıma görə Azərbaycan ictimaiyyətinə, bizə inanan, dəstək olan qüvvələrə minnətdaram. Buz dəstəyə şahid olduğumuza görə minnədralığımı bildirirəm.
Yalnız mənim deyil, bütövlükdə “Turan” Agentliyi adından. O cümlədən, bizi dəstəkləyən xarici dövlətlər və beynəlxalq təşkilatlara minnətdaram. Həmçinin, göstərdikləri dözümlülüyə görə ailəmə minnətdarlığımı bildirirəm, bu çox vacibdir”, - M.Əliyev vurğulayıb. **
F.İsazadə