Bazar ertəsi Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 7 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Xəbər verildiyi kimi, sentyabrın 11-də Sabirabad rayonunda mikroavtobus aşıb. Nəticədə 2 nəfər həlak olub, 10 nəfər xəsarət alıb.
“Xəsarət alanlardan 2 nəfər Azərbaycan Elmi Tədqiqat Travmatologiya vəOrtopediya İnstitutuna göndərilib. Daha bir nəfərin də bu İnstituta göndərilməsi gözlənilir. Qalan 7 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir”, - S.Əhmədova bildirib.
Onun sözlərinə görə, yol qəzası nəticəsində 1997-ci il təvəllüdlü qadın və 1946-cı il təvəllüdlü kişi həlak olub. **
R.Babayev