2017-ci ilin birinci yarısında Azərbaycanda sahibkarlar Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə turizm obyektlərinin tikintisi məqsədilə 2,5 mln. manat məbləğində güzəştli kredit əldə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
“Kredit vəsaitləri iki layihənin reallaşdırılmasına yönəldiləcək: İsmayıllıda 114 otaqlı müalicə-sağlamlıq kompleksi və 76 otaqlı mehmanxananın tikintisinə. Bu layihələrin həyata keçirilməsi 128 yeni iş yeri yaratmağa imkan verəcək”, - nazirlikdən qeyd ediblər.
İsmayıllıda layihənin ümumi dəyəri 5 mln. manat həcmində qiymətləndirilir. Kredit vəsaitini ehtiyac 3 mln. manatdır. Kompleksin tikintisinin birnci mərhələsi üçün 1,3 mln. manat vəsait ayrılıb.
Bundan başqa, hazırda Qax, Şabran, Qobustan, Şəki, Göygöl və Qubada 3 ulduzlu hotellərin tikintisinin maluiyyələşdirilməsi məqsədilə sahibklarların investsiya layihələrinin seçimi aparılır. **
A.Əzizov