İcbari Sığorta Bürosu 2017-ci ilin noyabr ayına qədər sığorta müqavilələri imzalandığı zaman sığorta vasitəçilərinin identifikasiya məqsədilə proqram təminatı istifadəyə verməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İSB-dən məlumat verilib.
“Əksər hallarda icbari sığorta polisləri Azərbaycanda əhaliyə sığorta vasitəçiləri (agentlər) vasitəsilə satılır. Bu gün 1 mindən artıq agent bu xidməti təklif edir. Lakin, bir sıra hallarda agentlərin fəaliyyətində çatışmazlıqlar olur ki, bu da nəticədə müştərilıərin sığorta xidmətlərindən məmnunluq səviyyəsinə təsir edir”
İSB-nin qiymətləndirməsinə əsasən, by cür vəziyyət qismən icbari sığorta növləri üzrə elektron xidmətləırin aşağı səviyyədə olması ilə əlaqədardır. “Bu çatışmazlıqdarın aradan qaldırılması məqsədilə İSB elektron sistemdə sığorta vasitəçilərin identifikasiya mexanizmi üzərində çalışır. Müvafiq proqram təminatı sentyabr-oktyabr aylarında hazır olacaq”, - Bürodan qeyd ediblər.
2016-cı ilin yekunları üzrə Azərbaycanda sığortaçıların sığorta haqlarının 35%-i icbari sığorta növlərinin payına düşüb.
2017-ci ilin birinci yarısında sığortaçıların icbari sığorta növləri üzrə ümumi haqları 82,356 mln. manat təşkil edib. **
A.Əzizov