2017-ci ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi 4 mlrd. 671 mln. 367,3 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 mlrd. 351,970 mln. manat köçürülüb. Beləliklə, 2017-ci ilin 8 ayı ərzində nazirliyin xətti ilə dövlət büdcəsinə daxilolmalar 4,9% artıb.
“Yanvar-avqust aylarında Vergilər Nazirliyi vergi və rüsum yığımı üzrə planı 100,1% yerinə yetirib. Faktiki olaraq nazirliyin xətti ilə vergi və rüsum yığımı 4 mlrd. 671 mln. 367,3 min manata bərabər olub”,- deyə məlumatda bildirilir.
Vergilər Nazirliyinin 2017-ci il dövlət büdcəsinə köçürmələr üzrə planı 7 mlrd. 645 mln. manat təşkil edir. **
A.Əzizov