Azərbaycan prezidenti İlham Əliyev tərəfindən əfv olunan bloger Aleksandr Lapşin yaxın günlərdə İsrailə yola salına bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə onun vəkili Eduard Çernin məlumat verib.
Xəbər verildiyi kimi, artıq sentyabrın 12-də A.Lapşin İsrailə yola salına bilər.
“Gecikmə Aleksandrın anası Bella Lapşinin Bakıya səfər etməyi planlaşdırması ilə bağlı ola bilər. Bir-iki gün ərzində bloger İsrailə göndəriləcək”, - E.Çernin qeyd edib. **
R.Babayev