2017-ci il sentyabrın 1-nə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 3868 nəfəri itkin düşmüş şəxs kimi qeydiyyata alıb.
“Sentyabrın 1-nə Dövlət Komissiyasında olan məlumata əsasən 3,868 min nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3126 nəfəri hərbçi, 742 nəfəri mülki şəxsdir. Mülki şəxslərin arasında 62 nəfər uşaq, 262 nəfər qadın, 302 nəfəri isə qocadır”, - Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri İsmayıl Axundov çərşənbə axşamı Ağdam rayonunun Quzanlı qəsəbəsində "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda çıxışı zaman deyib.
Onun sözlərinə görə, itkin düşmüş 3,868 min nəfərin 872 nəfəri intensiv hərbi əməliyyatlar zamanı Ermənistan hərbiçiləri tərəfindən əsir və girov götürülməsi, saxlanılması barədə məlumatlar əldə edilib. Onlardan 591 nəfəri hərbçi, 281 nəfəri mülki şəxsdir. Mülki şəxslərin arasında 29 uşaq, 98 qadın, 111 qoca olub.
İ.Axundov əlavə edib ki, İşçi Qrupu son iki ildə itkinlərə aid siyahıların dəqiqləşdirilmə sahəsində ciddi və işlər aparıb. “Hazırda bu işlər yekunlaşıb. Amma problemin həssas, eyni zamanda humanitar tərəfini nəzərə alsaq, siyahıda cüzi dəyişikliklərin edilməsi mümkündür", - o vurğulayıb. **
F.İsazadə