Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Bakı və Budapeşt iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün imkanlara malikdir.
“İnvestisiya, nəqliyyat və enerji, əczaçılıq, kənd təsərrüfatı sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var”, - İ.Əliyev çərşənbə axşamı Macarıstanın Bakıdakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyinin etimadnaməsini qəbul edərkən bildirib.
İ.Əliyev ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin zəruriliyini vurğuladı.
Prezident İlham Əliyev Bakı ilə Budapeşt arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu dedi. **
A.Əzizov