Azərbaycan prezidenti İlham Əliyev Bakı və Düşənbə arasında nəqliyyat sistemləri və müxtəlif istiqamətlərdə yük daşımalarının təminatına dair yaxşı imkanların olduğunu qeyd edir.
“İ.Əliyev Tacikistanın Azərbaycandakı yeni səfiri Rustam Soliyevlə görüşdə ikitərəfli iqtisadi əlaqələrə toxunub. Prezident iki ölkə arasında nəqliyyat sistemləri və müxtəlif istiqamətlərdə yük daşımaları ilə bağlı yeni imkanların olduğunu qeyd etdi”, - Azərbaycanın dövlət başçısının saytında məlumat verilir.
Prezident Bakı və Düşənbə arasında münasibətlərinin uğurla inkişaf etdiyini bildirdi və qeyd etdi
Dövlətimizin başçısı dedi ki, humanitar, mədəni sahələrdə də əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur.
Öz növbəsində, R.Soliyev qeyd etdi ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir və ölkələr BMT, ATƏT, MDB çərçivəsində sıx əməkdaşlıq həyata keçirir.
“Görüşdə enerji, kənd təsərrüfatı, təhsil, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıldı”, - məlumatda deyilir. **
R.Babayev