Oktyabrın 19-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azərbaycanda Rəqəmsal Ticarət Qovşağı: inkişaf perspektivləri” adlı konfrans təşkil edəcək. Bu barədə “İnterfaks-Azətrbaycan” agentliyinə Mərkəzdən məlumat verilib.
“Oktyabrın 19-da “Azərbaycanda Rəqəmsal Ticarət Qovşağı: inkişaf perspektivləri” adlı konfrans keçiriləcək”, - Mərkəzdən qeyd edilib.
Konfrans çərçivəsində İİTKM Rusiya və Polşanın müvafiq sertifikatlaşdırma mərkəzləri ilə əməkdaşlıq memorandumlarının imzalanmasını planlaşdırır.
İyunun 30-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə Rəqəmsal Ticarət Qovşağının təqdimatı mərasimi keçirilib.
Rəqəmsal Ticarət Qovşağı bir neçə istiqamət üzrə fəaliyyət göstərəcək, ilk növbədə “ASAN İmza”nı qeyri-rezidentlərə təqdim edəcək. Həmçinin Rəqəmsal Ticarət Qovşağı çərçivəsində onlayn rejimdə ixrac əməliyyatları üçün “vahid pəncərə” funksiyası tətbiq olunacaq.
Rəqəmsal Ticarət Qovşağı artıq 2017-ci il ərzində tam gücü ilə fəaliyyət göstərəcək. **
A.Əzizov