Azərbaycan prezidenti İlham Əliyev Bakı və Brüssel arasında əməkdaşlığın çox geniş gündəliyə malik olduğunu qeyd edir.
Çərşənbə axşamı prezident İlham Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskasın etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azərbaycan Aİ ilə əməkdaşlığa böyük önəm verir Avropa İttifaqına üzv dövlətlərin üçdəbirindən çoxu ilə artıq strateji tərəfdaşlıq haqqında sənədlər, bəyannamələr imzalanıb və ya qəbul olunub. Əməkdaşlığın daha da genişləndirilməsi üçün yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur”, - İ.Əliyev bildirib.
İ.Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında yeni müqavilənin yaxın zamanlarda imzalanacağına əminliyini bildirdi.
Prezident əlavə edib ki, Bakı ilə Avropa İttifaqı arasında əməkdaşlığın çox geniş gündəliyə malikdir, buna siyasi əlaqələr, ölkəmizin demokratik inkişafı, energetika, nəqliyyat, təhlükəsizlik, humanitar, təhsil, mədəniyyət və s. istiqamətlər daxildir.
“Azərbaycanla Aİ arasında əməkdaşlıq yalnız iqtisadiyyatın şaxələndirilməsini xsüyil, həm də müasir cəmiyyətin quruculuğunu əhatə edir. Biz Azərbaycanı regionda sabit və etibarlı tərəfdaş hesab edirik”, - məlumatda K.Yankauskasın sözlərindən sitat gətirilir.
Dövlət başçısı görüşdə Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyinin dəyişməz qalacağına ümidvar olduğunu ifadə etdi. **
A.Əzizov