Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) respublikada özünüməşğulluq proqramının birgə maliyyələşdirilməsində iştirak təklif edir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Azərbaycanda enerji, nəqliyyat, su, bankçılıq, mülkiyyət, aqrobiznes və s. sahələrdə önəmli layihələrin həyata keçirilməsində AYİB-lə uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb”, - əmək və əhalinin sosial müdafiəsi naziri Səlim MüslümovAYİB-in nümayəndə heyəti ilə keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, bu əməkdaşlıq qarşıdakı dövrdə aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsi, eləcə də proqramın iştirakçısı olan və fərdi təsərrüfatlarını uğurla quran insanların öz təsərrüfatlarını inkişaf etdirmələri üçün görüləcək tədbirlərdədə səmərəli olardı.
“Görüşdə aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının AYİB kreditləri vasitəsilə genişləndirilməsi, bu zaman dövlətin vəsaitləri ilə bank vəsaitlərinin kombinələşdirilmiş şəkildə maliyyələşdirmə üçün istifadə olunması sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub”, - məlumatda deyilir.
AYİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin başçısı İvanna Duarte bankla Azərbaycan arasında əməkdaşlığın daim genişlənməsində maraqlı olduğunu bildirdi. Bununla əlaqədar, özünüməşğulluq proqramının icrası sahəsindəəməkdaşlığın həyata keçirilməsini məqsədəuyğundur. **
R.Babayev