2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu ötən ilin analoji dövründə qeydə alınmış $1 mlrd. 922 mln. 225,68 min təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 29,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi $12 mlrd. 523 mln. 794,46 min (azalma 9,24%) təşkil edib.
Bununla yanaşı, cari ilin 8 ayında ixracın həcmi $7 mlrd. 223 mln. 10,07 min, idxalın həcmi $5 mlrd. 300 mln. 784,39 min təşkil edib. 2016-cı ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə ixracın həcmi 12,6%, idxalın həcmi 4,22% azalıb.
İxracın strukturunda 70,41% neftin, 3,11% neft məhsullarının, 12,83% təbii qazın, 0,5% elektrik enerjisinin, 3,73 meyvə-tərəvəz məhsullarının, 0,09% çayın, 0,17% bitki və heyvan mənşəli yağların, 0,44% qəndin, 0,21% spirtli və spirtsiz məhsulların, 0,7% kimya məhsullarının, 1,03% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,37% pamblq, 0,15% pambıq ipliyin, 0,78% qara metal və ondan hazırlanan məmulatların, 1,1% alüminium və ondan hazırlanan məmulatların, 4,48% digər məhsulların payına düşüb.
İdxalın strukturunda 16,35% ərzaq məhsullarının, 1,92% tütün və tütün məhsullarının, 0,08% sementin, 2,33% əczaçılıq məhsullarının, 3,65% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,52% odun və oduncaqdan hazırlanan məhsulların, 9,23% qara metal və ondan hazırlanan məmulatların, 22,29% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 11,48% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,056% mebelin, 29,1% digər məhsulların payına düşüb.
2017-ci ilin yanvar-avqust aylarında xarici ticarət əməliyyatlarında 4,996 min özəl və dövlət müəssisəsi və 5,935 min fiziki şəxs iştirak edib.
Yanvar-avqust aylarında Azərbaycan dünyanın 180 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Hesabat aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 21,42%-i), Türkiyə (14,2%), Çin (6,05%), Rusiya (5,05%), idxal əməliyyatlarını isə Rusiya (17,23%), Türkiyə (15,25%), Çin (9,96%), Almaniya (4,65%) ilə həyata keçirib.**
A.Əzizov