Dövlət Gömrük Komitəsi (DGK) 2017-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 1 mlrd. 707 mln. 965,31 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-avqust aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə 1 mlrd. 426 mln. 259,51 min manat məbləğində vergi və rüsum köçürülüb. Beləliklə, bu ilin yanvar-avqust ayları ərzində DGK tərəfindən dövlət büdcəsinə köçürmələrin həcmi 19,7% artıb.
2017-ci ilin 8 ayında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 mlrd. 183 mln. 284,94 min manat, aksizlər üzrə 53 mln. 983,5 min manat, yol vergisi üzrə 22 mln. 655,33 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 448 mln. 41,54 min manat məbləğində olub.
2017-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 mlrd. 250 mln. manat həcmində müəyyən edilib.**
A.Əzizov