Azərbaycan şirkətləri "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisi çərçivəsində fındıq, qənnadı məmulatları, şəkərlivanil və qabartma tozunun Rusiyaya ixracına dair13 müqavilə imzalayıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Azərbaycanın fındıq istehsalçısı olan "Xanel" şirkəti Rusiyaya 120 ton fındıq ixracına dair iki müqavilə imzalayıb”, - məlumatda deyilir.
Azərbaycanın meyvə-tərəvəz məhsulları ilə yanaşı, şirniyyatları da "Worldfood Moscow" Sərgisinin ziyarətçiləri və Rusiya şirkətləri tərəfindən maraqla qarşılanıb.
Xüsusilə, sərgi çərçivəsində bu sahədə irihəcimli müqavilələri Azərbaycanın "Şirin" MMC şirkəti imzalayıb. "Şirin" MMC ilə Rusiyanın "Mir sladosti" şirkəti arasında imzalanmış Müqaviləyə əsasən, Rusiyaya 200 ton qənnadı məhsulları ixrac olunacaq. “Rusiyanın Vladivostok, Tümen, Krasnoyarsk, Nijnıy Novqorod, İrkutsk və Tambov vilayətlərinin, həmçinin Ural regionunun distributor şirkətləri ilə imzalanmış müqavilələrə uyğun olaraq, "Şirin" MMC bu vilayətlərin hər birinə 30 ton qənnadı məhsulları ixrac edəcək”,- məlumatda bildirilir. **
R.Babayev