“Azərbaycan İpoteka Fondu” ASC 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC xətti ilə inşa olunan mənzil alışının güzəştli kreditləşməsinə 20 mln. manat yönəldəcək.
“Cari il AİF “MİDA”-nın xətti ilə inşa edilən mənzilin alışının güzıştli kreditləşməsinə 20 mln. manat ypnəlcədək. Bütövlükdə, Nazirlər Kabineti hər il AİF-in sosial mənzil çərçivəsində binalarda mənzil alışınən kreditləşməsinə yönəldəcək vəsaitin məbləğini müəyyən edəcək”, - “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən bildiriblər.
Xəbər verildiyi kimi, iyulun əvvəlində “MİDA” MMC AİF-in agent-bankları ilə əməkadşlıq müqaviləsi bağlamağa başlayıb.Müqavilənin şərtlərinə əsasən MİDA-nın sərəncamında olan mənzilləri əldə etmək hüququna malik vətəndaşlara təqdim olunan güzəştlərdən biri “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına güzəştli ipoteka kreditindən yararlanmaq imkanıdır.
Sentyabrın əvvəlinə “MİDA” üç bank ilə analoji müqavilələr imzalayıb - “Kapital Bank”, “Bank BTB” və “Unibank”.
Hazırda “MİDA” Bakının Yasamal rayonu ərazisində yeni yaşayış kompleksinin inşasını həyata keçirir. Kompleks 2018-ci ildə istifadəyə veriləcək.
Ümumi sahəsi 11,6 hektar olan şəhərcik 29 yaşayış binasını əhatə edir, onların 12-si birbloklu 12 mərtəbəli bina, 17-si isə ikibloklu 9 mərtəbəli bina olacaq. 1 843 mənzildən 324- ü birotaqlı, 1052-i ikiotaqlı, 467-i isə üçotaqlı olacaq. Birotaqlı mənzilin sahəsi 31-33 kv. m, ikiotaqlınınkı 50-58 kv. m, üçotaqlınınkı isə 70 kv. m-ə yaxın olacaq. Bütün mənzillər tam təmir ediləcək və mətbəx mebeli ilə təchiz ediləcək.
Bundan başqa, “MİDA” Hövsan qəsəbəsinin qərb hissəsində 20 hektar ərazidə ikinci sosial mənzil kompleksi inşa edəcək. İlkin hesablamalara əsasən, bu ərazidə inşa olunacaq mənzillərin sayı təxminən 4 min təşkil edəcək.
AİF 2017-ci ildə sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 50 mln. manat vəsait əldə edəcək. **
A.Əzizov