Sentyabrın 14-də Xəzrin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənməsinə dair yeni kontrakt imzalanacaq.
“Sabah AÇG blokunun 2050-ci ilə qədər işlənməsinə dair müqavilə imzalanacaq”, - “İnterfaks-Azərbaycan” agentliyinə neft bazarındakı mənbə bildirib.
Xəbər verildiyi kimi, 2016-cı il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" yatağının 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini imzalayıblar. Tərəflər, həmçinin "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun 2050-ci ilədək işlənməsi üçün niyyət məktubu imzalayıblar.
Öncə KİV yeni konrtaktda Britaniyanın “BP” şirkətinin payının azalması sayəsində SOCAR-ın payının 11,65%-dən 20%-dək artmasına dair məlumat verib.
Razılaşma AÇG-yə iri həcmli sərmayələrə və blokun işlənməsinin davam etdirilməsinə yol açacaq. Hazırda AÇG-dən hasilat gündəlik təxminən 620 min barel neft ekvivalenti səviyyəsindədir. AÇG tərəfdaşlığı üzrə işləri BP idarə edəcək.
Niyyət məktubu AÇG blokunun gələcək işlənməsi üçün əsas kommersiya şərtlərini razılaşdırır və tərəflərə növbəti bir neçə ay ərzində danışıqları başa çatdırmaq və tam razılaşdırılmış sazişləri yekunlaşdırmaq imkanı yaradır. **
A.Əzizov