Prezident İlham Əliyev bəyan edib ki, 2018-ci ildə Azərbaycanda iqtisadi artımın təmin edilməsi ilə bağlı təsirli tədbirlər görülür.
2017-ci ili maliyyə sabitliyi ili olacaq. 2018-ci ildə iqtisadi artımın təmin edilməsi ilə bağlı təsirli tədbirlər görüləcək”, - dövlət başçısının saytında verilən məlumata görə, bu barədə İ.Əliyev Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azurun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda biznes mühitin yaşxılaşdırılması və investsiya yarırımlarını sadələşdirmək, bank sektorunda islahatların aparılması məqsədilə məqsədyönlü tədbirlər həyata keçirir.
Öz növbəsində, C.Azur iqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinin və ölkə iqtisadiyyatının postneft dövrünə hazırlanmasının vacibliyini vurğuladı. Bundan başqa, manatın möhkəmləndirilməsi və büdcənin yığcamlaşdırılması prosesinin davam etdirilməsinin önəmini qeyd edib.
Görüşdə həmsöhbətlər Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
2016-cı ildə Azərbaycanda iqtisadi azalma 3,1% təşkil edib. 2017-ci ilin yanvar-iyul aylarında ÜDM 1% azalıb. **
A.Əzizov