Hanoy energetika sahəsində Bakı ilə əməkdaşlığı aktivləşdirməkdə maraqlıdır. Bu barədə Vyetnam Sosialist Respublikasının xarici işlər naziri Fam Binh Minh Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə bəyan edib.
„Vyetnam XİN rəhbəri enerji sahəsində əməkdaşlığın intensivləşdirilməsini təklif etdi“, - nazirliyin mətbuat xidməti məlumat verib.
F.B.Minh təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunaraq, Vyetnamın neft sahəsində Azərbaycanda təhsil almış mütəxəssislərin çalışdığını xatırlatdı, eləcə də Vyetnamın „Veso Petrol“şirkətinin yaradılmasında azərbaycanlı neftçilərin xüsusi rol oynadığını bildirdi.
O, ticarət dövriyyəsinin artırılması üçün potensial olduğunu bildirdi və iqtisadi əlaqələrin gələcəkdə inkişafının əhəmiyyətini vurğuladı. Nazirin sözlərinə görə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq “iki ölkənin əlaqələrinin inkişafında yeni səhifə ola bilər”.
Öz növbəsində, E.Məmmədyarov Azərbaycan və Vyetnam arasında iqtisadi və ticarət əlaqələrin genişləndirilməsi üçün çoxsaylı imkanların olduğunu qeyd edib.
Dağlıq Qarabağ probleminə toxunan nazir, Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun münaqişənin həllinə əsas maneə olduğunu vurğuladı.
Görüşdə nazirlər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərini müzakirə ediblər. **
R.Babayev