Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub. Bu barədə çərşənbə günü nazirliyin mətbuat xidməti məlumat verib.
“Qurumun strukturu və fəaliyyəti ilə tanış olan müdafiə nazirinə bildirilib ki, Mərkəzin əsas məqsədi qoşunların təşkili, idarə olunması, onlara nəzarət və digər tapşırıqlardan ibarətdir”, - nazirlikdən bildiriblər. **
F.İsazadə