Azərbaycanın milli stendi “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində “Ən yaxşı debüt” mükafatına layiq görülüb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Worldfood Moscow” sərgisində ilk dəfə təmsil olunan Azərbaycan dünyaca məşhur “ITE Group” tərəfindən yüksək qiymətləndirilib”, - məlumatda deyilir.
Sərginin yeganə eksklüziv partnyoru olan Azərbaycan 30-dan çox ixracatçı şirkətlə təmsil olunur.
Azərbaycan şirkətləri "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisi çərçivəsində fındıq, qənnadı məmulatları, şəkərlivanil və qabartma tozunun Rusiyaya ixracına dair 13 müqavilə imzalayıb.
Sərgi sentyabrın 14-dək davam edəcək. **
R.Babayev