Britaniyanın “Anglo Asian Mining” şirkəti (Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az)Daşkəsən rayonundakı "Uğur" yatağında qızıl hasilatına başlayıb. Bu barədə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi,“Uğur” yatağı 2016-cı ilin oktyabr ayında kəşf edilib.
“Uğur” yatağında istehsalın başlanılması şirkətin ümumi hasilatına töhfə verir. Sentyabrın 1-dən 10-dək qızıl külçəsi formasında orta gündəlik hasilat 212 unsiya təşkil edib. “Uğur” yatağında tam həcmdə hasilat başlayandan sonra orta gündəlik istehsalın həcmi əhəmiyyətli dərəcədə artacağı gözlənilir” - məlumatda vurğulanıb.
“Uğur”da hasilatın başlanması əsas “Gədəbəy” yatağında gözlənilən qızıl hasilatında azalmanı kompensasiya edəcək. 2017-ci ildə Azərbaycanda 64-72 min unsiya qızıl səviyyəsində hasilat proqnozumuzu təsdiq etməyə şadıq”, - məlumatda "Anglo-Asian Mining Plc." şirkətinin baş direktoru Reza Vəziriyə istinadən bildirilir.
Xəbər verildiyi kimi, “Uğur” yatağından çıxarıla bilən qiymətli metal ehtiyatlar 147 min unsiya qızıl və 808 min unsiya gümüşdür. **
A.Əzizov