SOCAR“Neft daşları” yatağındakı 1637 və 1956 saylı meydançalararası estakadanın əsaslı təmir işlərini başa çatdırır. Bu barədə şirkətdən məlumat verilib.
1050 metr uzunluğundakı estakadada əsaslı təmir işləri zamanı 364 ədəd svay vurulub, 133 ədəd rigel proqon, 120 ədəd ferma, 613 ədəd dəmir-beton tava və 433 ədəd suüstü əlaqə quraşdırılıb.
Obyektdə 1,2 km uzunluğunda yanğın əleyhinə su xətti çəkilib, 4,02 min kvadrat metr sahəyə asfalt örtüyü döşənib.
Məlumata görə, estakada yaxın günlərdə istismara qəbul ediləcək. **
A.Əzizov