Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası 2017-cı ilin noyabr-dekabr aylarında Azərbaycan hökuməti ilə fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr keçirəcək. Bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur məlumat verib.
BVF missiyası noyabr-dekabr aylarında iki gəftə ərzində Bakıda hökumətlə fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr aparacaq”, - C.Azur “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, xüsusilə dövlət büdcəsi, Azərbaycanda makroiqtisadi göstəricilər üzrə proqnozlar, islahatların gedişatı müzakirə olunacaq. **
F.İsazadə