Azərbaycan Beynəlxalq Valyuta Fondundan maliyyə yardımı istəməyib. Bunu Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur məlumat verib.
“Hazırda Azərbaycan BVF-dən maliyyə vəsaiti istəməyib. Həmçinin Fond ölkəyə heç bir maliyyə yardımı təklif etməyib”, - C.Azur çərşənbə günü Bakıda mətbuat konfransında bildirib.
Onun rəyinə görə, yaxın iki il ərzində neftin qiyməti bir barrel üçün $50-55 səviyyəsində qalacaq. “Qiymət neftə tələbat yüksək olduğu halda arta bilər”, - C.Azur əlavə edib.
O vurğulayıb ki, Azərbaycan bank sektorunun təkrar strukturlaşdırılması davam etdirməlidir. “Bu proses hım Beynəlxalq Bank, həm də digər bankları əhatə edir. Bu, maliyyə və bank sektoruna etimadı artırmağa, riskləri azaltmağa imkan verəcək. Bu səbəbdən tənzimləyici banklara dəstəyi davam etdirməlidir”, - Departamentinin direktoru bildirib. **
F.İsazadə