"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun 2050-ci ilə qədər işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişində SOCAR şirkətinin payı 25% təşkil edəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bu gün Azərbaycanın tarixində əlamətdar gündür. AÇG yataqlar blokunun işlənməsində yeni dövr başlayır”, - İ.Əliyev cümə axşamı AÇG yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması mərasimində bildirib.
Onun sözlərinə görə, yeni saziş Azərbaycan üçün daha münasib şərlərə əsasən imzalanacaq.
“Xüsusilə, yeni sazişdə SOCAR-ın payı 25% təşkil edəcək (qüvvədə olan sazişdə 11,65%-dir - İF). Bundan başqa, saziş imzalandıqdan sonra xarici investorlar tərəfindən Azərbaycana müxtəlif bonuslar formasında $3,6 mlrd. ödəniləcək, mənfəət neftinin payı 75% təşkil edəcək”, - o əlavə edib.
İ.Əliyev vurğulayıb ki, “Əsrin müqaviləsi” imzalandığı zaman AÇG blokunda neft ehtiyatları 511 mln. ton səviyyəsində proqnozlaşdırılırdı. “Lakin real ehtiyatlar proqnozlardan artıq oldu. Hazırda AÇG blokunda 500 mln. ton hasil olunmayan neft ehtiyatları var”, - prezident qeyd edib.
Dövlət başçısı 23 il ərzində Azərbaycanın „BP“ şirkəti ilə uğurlu əməkdaşlığını qeyd edib. “Bu strateji tərəfdaşlıq bir çşox sınaqlardan keçib. Bugünkü saziş 1994-cü ildə imzalanandan daha iridir. “Əsrin müqaviləsi” bizə neft gəlirlərini qeyri-neft seksotunun inkişafına yönəltməyə imkan yaradıb”, - İ.Əliyev bildirib.
Gürcüstanda energetika naziriİlya Eloşvili çıxışında qeyd edib ki, Bakı Tbilisi üçün strateji tərəfdaşdır və tərəflər arasında enerji sahəsində sıx əməkdaşlıq qurulub.
“Bu saziş Azərbaycan və Böyük Britaniya arasında enerji əməkdaşlığının yeni mərhələsidir. Əminəm ki, bu müqavilə əməkdaşlığımızı daha da möhkəmləndirəcək. 2020-ci ildə Azərbaycan qazı Avropaya tədarük olunacaq”, - Böyük Britaniyanın Avropavə Amerika məsələləriüzrədövlət naziriAlan Dunkanın oxuduğu Böyük Britaniyanın baş naziri Tereza Meyin təbrik məktubunda deyilir. **
F.İsazadə