Sentyabrın 14-də “Azəri-Çıraq-Günəşli”(AÇG) AÇG yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Yeni sazişə əsasən, SOCAR-ın payı 25%-dək artır.
Yeni sazişə görə, Britaniyanın BP şirkətinin payı (layihənin operatoru) 30,37%, ABŞ-ın Chevron şirkətinin - 9,57%, ExxonMobil - 6,79%, Hindistanın ONGC - 2,31%, Yaponiyanın Inpex Corp. - 9,31% və ITOCHU Oil - 3,65%, Norveçin Statoil - 7,27%, Türkiyənin TPAO - 5,73% təşkil edəcək.
Razılaşma AÇG-yə iri həcmli sərmayələrə və blokun işlənməsinin davam etdirilməsinə yol açacaq. Hazırda AÇG-dən hasilat gündəlik təxminən 620 min barel neft ekvivalenti səviyyəsindədir. AÇG tərəfdaşlığı üzrə işləri BP idarə edəcək.
Xəbər verildiyi kimi, 2016-cı il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" yatağının 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini imzalayıblar. Tərəflər, həmçinin "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun 2050-ci ilədək işlənməsi üçün niyyət məktubu imzalayıblar. **
F.İsazadə