2017-ci ilin avqust ayında Azərbaycanda inflyasiya 0,2% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin avqust ayında Azərbaycanda inflyasiya 0,2% təşkil edib. Bununla belə, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,2%, ərzaq məhsullarının qiymətləri 0,3% bahalaşıb”, - Komitədən bildiriblər.
Avqustun yekunları üzrə orta illik qiymət 14%-dək artıb. Həmçinin il ərzində ərzaq malları 18,2%, qeyri-ərzaq malları 12,6%, xidmətlər 9,6% bahalaşıb.
Azərbaycan hökuməti 2017-ci ildə orta illik inflyasiyanı 7,3% səviyyəsində proqnozlaşdırır.
2016-cı ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 12,4% təşkil edib. **
A.Əzizov