Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $125 mlrd. gəlir əldə edilib. Bunu SOCAR-ın (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.
“1994-cü ildən etibarən bloikun işlənməsinə investisiyalar $33 mlrd. təşkil edib. Dövr ərzində ümumilikdə 440 mln. ton neft hasil olunub (3,2 mlrd. barrel). Azərbaycan mənfəət neftinin satışından $125 mlrd. gəlir əldə edib”, - R.Abdullayev cümə axşamı AÇG yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanmasını şərh edərkən bildirib.
O cümlədən, AÇG blokunun işlənməsi çərçivəsində Azərbaycana 30 mlrdş. kubmetrdən artıq səmt qazı verilib.
R.Abdullayevin sözlərinə görə, yeni saziş Azərbaycan parlamenti tərəfindən tədsiq olunandan sonra qüvvəyə minəcək. **
F.İsazadə