Vaşinqton Bakı ilə uzunmüddətli və sıx əməkdaşlıqda maraqlıdır. Bunu ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta bəyan edib.
“ABŞ Azərbaycanla uzunmüddətli və sıx əməkdaşlıqda maraqlıdır. Birləşmiş Ştatları güclü, müstəqil, çiçəklənən və demokratik Azərbaycan görmək istəyir”, - R.Sekuta cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, o cümlədən, Vaşintqon “Azərbaycanın necə mürəkkəb bölgədə yerləşdiyini də anlayır".
Həmçinin səfir senator Riçard Durbinin 2018-ci büdcə ili üçün ştatlar və xarici əməliyyatlar üzrə qanun layihəsinin müzakirəsi zamanı Senatın müvafiq komitəsinə Azərbaycanın rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan düzəlişə dair təklifini şərh edib. “Azərbaycan barəsində sanksiyaları nəzərdə tutan bu cür qanun layihəsi var. O, ilkin mərhələdədir və hələlik layihə şəklində qalır”, - R.Sekuta vurğulayıb. **
F.İsazadə