Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Bakı və Ankara arasında enerji sahəsində mövcud olan əməkdaşlığı daha da möhkəmləndirdirmək niyyətində olduğunu bəyan ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun 2050-ci ilə qədər işlənməsinə dair sazişin imzalanması Azərbaycan və Türkiyə arasında enerji sahəsində mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcək”, - İ.Əliyev cümə axşamı türkiyəli nazirlə görüşdə bildirib.
Öz növbəsində, B.Albayrak Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində mövcud əməkdaşlığın bütün dünyaya nümunə olduğunu bildirdi. O, bu əməkdaşlığın yeni layihələr və qarşılıqlı sərmayələrlə daha da zənginləşdirildiyini vurğuladı.
“Görüşdə Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə strateji layihələrin əhəmiyyətinə toxunuldu”, - məlumatda deyilir. **
R.Babayev