Azərbaycan özünü təmin edən ölkədir və müstəqil siyasət yürüdür. Bunu prezident İlham Əliyev bəyan edib.
“Bu gün Azərbyacan özünü təmin edən ölkələr sırasına daxildir. Bizim kifayət qədər valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik inkişaf edir. İqtisadiyyatın şaxələndirilməsi və neft-qaz sektorundan asılılğı azaltmaq üçün tədbirlər görülüb”, - İ.Əliyev cümə axşamı bildirib.
Onun rəyinə görə, hazırda ölkənin gələcək inkşafı üçün iqtisadi və siyasi əngəllər və problemlər yoxdur.
“Bu gün Azərbaycan müstəqil siyasət yürüdür. Bunun təməlində güclü siyasi iradəmiz və müstəqil iqtisadiyyat durur. Heç kimdən asılı deyilir, taleyimiz öz əlimizdədir. Müstəqil siyasətin yürüdülməsi imkanı ilk növbədə iqtisadi imkanlarla şərtlənir”, - prezident vurğulayıb. **
A.Əzizov