Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrailin müdafiə sənayesinin aparıcı müəssisələrini ziyarət edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə görüşən Z.Həsənov hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb və müəssisələrin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olub”, - məlumatda deyilir. **
R.Babayev