İqtisadiyyat naziri Şahin Mustafayev Malayziyanın Bakıdakı səfirliyində bu ölkənin XIV Kralı Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişahın vəfatı ilə əlaqədar Azərbaycan hökuməti adından başsağlığı verib.
Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Ş.Mustafayev Malayziyanın Bakıdakı səfirliyində olub və Malayziyanın XIV Kralının vəfatı ilə əlaqədar Azərbaycan hökuməti adından başsağlığı verib və xatirə kitabına ürək sözlərini yazıb”, - məlumatda deyilir. **
R.Babayev