Vaşinqton yeni neft və qaz ehtiyatlarının bazara çıxarılması məqsədilə Bakı ilə əməkdaşlıqda maraqlıdır. ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
“Azərbaycan enerji inkişafının yeni və daha da çox ümidlər verən mərhələsinə qədəm basdığı üçün biz yeni neft və qaz ehtiyatlarının inkişaf etdirilməsi və onların bazara çıxarılması məqsədilə əməkdaşlığımızı davam etdirmək istəyirik”, - səfirliyin vcüməı axşamı “Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə bağlı yaydığı açıqlamasında qeyd olunur.
Səfirlik bildirir ki, Vaşinqton “Azərbaycanın tərəfdaşı olaraq qalmaqdadır” və respublikanın hərtərəfli inkişafının tərəfdarıdır.
“Birləşmiş Ştatlar Azərbaycanın ümumi inkişafında, onun qeyri-neft sektorlarının artmasında və yeni İpək Yolunun reallaşdırılmasında çoxdankı tərəfdaşı olduğu üçün uzun müddətdir ki, neft və qaz sektorunda baş verən iri həcmli strateji layihələrdə Bakının tərəfdaşı olub və olaraq qalmaqdadır”, - açıqlamada qeyd olunur. **
R.Babayev