Azərbaycan ASK məhsullarının ABŞ-a ixrac olunmasında maraqlıdır. Bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
“Bizim məqsədimiz təkcə Rusiya və MDB bazarı deyil, biz ABŞ və dünyanın digər ölkələrinə kənd təsərrüfatı məhsuları ixrac etmək istəyirik” - nazir müavini ABŞ-ın Boston Ştatının şirkətlərinin nümayəndələri ilə görüş zamanı vurğulayıb.
İ.Quliyev bildirib ki, Azərbaycan aqrar sektorunda ABŞ ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Onun rəyinə görə, Amerika şirkətləri Azərbaycanda ekoloji, təmiz kənd təsərrüfatı məhsullarının istehsalını təşkil edə bilərlər.
A.Əzizov