“Azərbaycan” istilik elektrik stansiyası 2017-ci ilin yanvar-avqust aylarında 5 mlrd. 543,4 mln. kVt/saat elektrik enerjisi istehsal edib, bu da ötən ilin analoji göstəricisindən 31% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərenerji” ASC-nin məlumatında bildirilir.
“2017-ci ilin avqust ayında stansiyada 965 mln. kVt/saat elektrik enerjisi istehsal edilib”, -ASC-dən bildiriblər.
“Azərbaycan” İES-də hər birinin gücü 300 MVt olan 8 blok var. Azərbaycanda istehsal edilən elektrik enerjisinin böyük hissəsi bu stansiyanın payına düşür. Burada yanacaq kimi təbii qaz və mazutdan istifadə edilir. **
A.Əzizov