2017-ci ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 9 mlrd. 868,5 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu ilin yanvar-avqust aylarında kapital qoyuluşlarının ümumi həcmindən 7 mlrd. 666,5 mln. manat (bütün investisiyaların 78,7%-i) istehsalat təyinatlı obyektlərin, 1 mlrd. 579 mln. manat (bütün investisiyaların 16%-i) xidmət obyektlərinin, 623 mln. manat 1 mln. 117,2 min kvadratmetrlik yaşayış sahələrinin inşasına (bütün investisiyaların 5,3%-i) yönəldilib.
Hesabat dövrü ərzində əsas kapitala xarici investisiyaların həcmi 6 mlrd. 19,8 mln. manat (bütün investisiyaların 61%-i), daxili investisiyaların həcmi 3 mlrd. 848,7 mln. manat (bütün investisiyaların 39%-i) təşkil edib.
Yanvar-avqust aylarında qeyri-neft sektoruna kapital qoyuluşları 5 mlrd. 969,9 mln. manat (bütün investisiyaların 60,5%-i), qeyri-neft sektoruna kapital qoyuluşları 3 mlrd. 898,6 mln. manat (bütün investisiyaların 39,5%-i) təşkil edib.
Qeyd olunan dövrdə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 7 mlrd. 194,1 mln. manat və ya bütün kapital qoyuluşlarının 72,9%-ni təşkil edib.**
A.Əzizov