Hacıqabul rayonu ərazisində baş verən avtomobil qəzası nəticəsində Araz Ağayev və arvadı Ruqiyyə həlak olublar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Hacıqabul rayonu ərazisində Ağcabədi rayon sakini Əhəd Həsənov idarə etdiyi “İnfiniti” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Araz Ağayevi və arvadı Ruqiyyəni vurub. Hər iki piyada hadisə yerində ölüb”, - məlumatda deyilir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. **
R.Babayev