Rəsmi Vyentyan Azərbaycanın ali məktəblərində mütəxəssislərin yetişdirilməsində maraqlıdır. Bunu Laos Xalq Demokratik Respublikasının prezidenti Bounhanq Voraçit deyib.
B.Voraçit Laosda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edib. Bu barədə nazirlikdən bildiriblər.
Öz növbəsində, E.Məmmədyarov Azərbaycanın təhsil sahəsində Laosla əməkdaşlığı davam etdirməyə hazlr olduğunu vurğuladı.
O, həmçinin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması və ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin əhəmiyyətinə toxundu.
“E.Məmmədyarov bildirib ki, Laosa səfəri çərçivəsində iki ölkənin Xarici İşlər Nazirlikləri arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandumun imzalanacağını diqqətə çatdırdı”, - məlumatda deyilir.
Azərbaycanlı nazir həmsöhbətinə Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanları barədə məlumat verdi. Onun sözlərinə görə, Laos öz məhsullarının ixracı üçün bu dəhlizdən istifadə edə bilər.
Görüşdə həmçinin, kənd təsərrüfatı, enerji, turizm sahəsində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu qeyd edildi. **
F.İsazadə