Prezident İlham Əliyev 2017-ci ilin sonuna qədər Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair sazişinin imzalanacağına ümidvardır.
Cümə günü İ.Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanı qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə prezident Avropa İttifaqı çərçivəsində uğurlu əməkdaşlığa toxunub. O qeyd edib ki, Bakı və Brüssel strateji tərəfdaşlığa dair sənəd üzərində işlər aparır və bu ilin sonuna qədər bu işlərin yekunlaşacağına ümidvar olduğunu bildirdi”, - məlumatda deyilir. **
F.İsazadə