2018-ci ildən etibarən“Etihad Airways” şirkəti Azərbaycana birbaşa uçuşlara başlayacaq. Bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfiri Mohamed Hamel Alqubaisi deyib.
“BƏƏ Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. “Etihad Airways” şirkəti 2018-ci ildən Azərbaycana birbaşa uçuşlara başlayacaq”, - M.H.Alqubaisi iqtisadiyyat naziriŞahin Mustafayevlə görüşdə bildirib. Bu barədə nazirlikdən məlumat verilir.
Öz növbəsində Ş.Mustafayev son 2 il ərzində BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının 30 dəfə artdığını qeyd edib.
Nazir əlavə edib ki, hazırda ölkələr arasında kənd təsərrüfatı, İKT, enerji, ticarət, investisiya qoyuluşu, təhsil və s. sahələrdə əlaqələr uğurla davam edir.
“Görüşdə Azərbaycan məhsullarının BƏƏ-yə ixracının genişləndirilməsi, maliyyə, təhsil, sənaye parkları və zonalarına investisiya qoyuluşu sahəsində əməkdaşlıq, Abu-Dabidə keçirilməsi nəzərdə tutulan investisiya forumunun təşkili və digər məsələlər müzakirə edilib”, - məlumatda qeyd olunur. **
A.Əzizov