“Azercell Telekom” MMC Gəncədə 4G xidmətini abunəçilərinin istifadəsinə verib.Bu barədə şirkətdən məlumat verilib.
“Şəhərdə tam olaraq 23 baza stansiyası quraşdırılıb ki, bu da Gəncənin99%-inin 4G şəbəkəsi ilə təmin olunması deməkdır”, - məlumatda qeyd olunur.
Məlumatda şirkətin prezidenti Vahid Mürsəliyevə istinadən bildirilir ki, “Azercell” regionlarda 4G şəbəkəsini genişləndirməkdə davam edəcək.
2017-ci ildə “Azercell”in 4G internet istifadəçilərinin sayı 5 dəfə, mobil internetdən istifadə həcmi 55% artıb.
“Cari ilin sonuna qədər “Azercell Telekom” respublikada 127 ədəd 4G stansiyası istifadəyə verməyi planlaşdırıb ki, bunun da 33-ü Bakı, Abşeron və Sumqayıt, 94-ü isə bölgələrin payına düşür”, - məlumatda vurğulanır. **
A.Əzizov