Azərbaycan-Fransa münasibətləri qarşılıqlı marağa əsaslanır. Bunu Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.
Cümə günü M.Əliyeva Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanı qəbul edib. Bu barədə rəsmi mətbuat məlumat verib.
M.Əliyeva qeyd edib ki, Azərbaycan və Fransa arasında əlaqələr qarşılıqlı hörmətvə marağa əsaslanır. O həmçinin ikitərəfli əlaqələrimizin potensialının daha geniş olduğunu və yeni layihələr üzərində işləməyin vacibliyini vurğuladı”, - məlumatda deyilir.
Sentyabrın 15-də Bakıda Fransız-Azərbaycan Universitetinin yeni binasının açılış mərasimi olub. “Çox sevindirici haldır ki, sizin səfəriniz ölkəmiz, həmçinin ikitərəfli əlaqələrimiz üçün çox əhəmiyyətli bir hadisə ilə üst-üstə düşür”, - M.Əliyeva vurğulayıb.
Birinci vitse-prezident Fransız-Azərbaycan Universitetinin fəaliyyətini təhsil sahəsində əlaqələrin inkişafı üçün çox mühüm bir addım kimi dəyərləndirdi.
J.-B.Lömuan M.Əliyevanın fəaliyyətinin iki ölkə arasında münasibətlərin dərinləşməsi üçün yüksək qiymətləndirdi. **
F.İsazadə