Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nıntəsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Cümə günü İ.Əliyev müvafiq sərəncam imzalayıb.
Gənclər və İdman Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi tapşırılıb.
Sərəncama əsasən, nazirlik Proqramda qeyd olunan tədbirlərin icrasının gedişatı barədə prezidentə illik hesabat təqdim etməlidir. **
F.İsazadə